“Vaşinqton razılaşması coğrafi uzaq olsa da, sülhü yaxınlaşdırdı” - Əli Hüseynli

11:24 09.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bugünkü sessiya milli dövlətçilik və parlamentarizm siyasətində mühüm yer tutacaq. Çünki Vaşinqtonda baş turan razılaşma coğrafi uzaq olsa da, əslində sülhü bizə yaxınlaşdırdı”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü sessiyasında deputat Əli Hüseynli "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzüsunun müzakirəsi zamanı bildirib.

Ə.Hüseynli qeyd edib ki, bir neçə il davam etmiş danışıqlar ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Vaşinqtonda başa çatdı. Onun sözlərinə görə, bu təkcə Cənubi Qafqazda deyil, bütün region üçün yeni imkanlar açır.

Deputat vurğulayıb ki, Vaşinqton razılaşması ABŞ-la yanaşı digər dünya ölkələri tərəfindən də dəstəklənib:

"Bu da sülhün həmin ölkələr tərəfindən də istənilməsi və qorunmasıdır. Qalib ölkənin özünün sülh təşəbbüsü ilə çıxış etməsi unikal hadisədir. Azərbaycan özü sülh müqaviləsi sənədini təklif edib. Ermənistan öz konstitusiyasına dəyişiklik etdikdən və Azərbaycana qarşı ərazi iddiasından əl çəkdikdən sonra sülh sazişi rəsmi olaraq bağlanacaq”.